Çexov- 6 Nömrəli Palata

 

 Anton Pavloviç Çexov`un seçilmiş əsərlərindən biri də 6 nömrəli palata hekayəsidir. Əsər  1892-cı ildə nəşr edilib. Əsərdən təsirlənənlər az deyil. Belə ki, rejissor  Karen Şaxnazarov  əsər əsasında eyniadlı film çəkib. Filmin premyerası 3 sentyabr 2009-cu ildə olub. 

Filmin treyleri: link 

 

Həmçinin Aleksandr Bashlacheva  Палатa № 6  mahnısını  əsərdən təsirlənərək oxumuşdur. 

 Altından xətt çəkdiyim cümlələr:

  • Siz özünüz də gözəl bilirsiniz ki, bu dünyada insan  zəkasının ülvi mənəvi təzahürlərdən savayı, hər şey əhəmiyyətsiz və maraqsızdır. Ağıl heyvanla insan  arasına möhkəm bir sədd çəkir, insanın ilahi bir vücud olmasına dəlalət edir və bir dərəcəyə qədər hətta onun üçün ölməzliyi, yəni olmayan bir şeyi əvəz edir. Buradan belə bir nəticə çıxır ki, insanın ağlı yeganə mümkün olan  bir zövq mənbəyidir. Biz isə yan-yörəmizdə ağlı nə görürük, nə də eşidirik,  demək zövqdən məhrumuq. Əlbəttə, bizim kitablarımız vardır, lakin bu heç də canlı müsahibəni və ünsiyyəti əvəz etmir. Əgər belə bir müvəffəqiyyətsiz müqayisə icazə versəniz, cəsarətlə deyə bilərəm ki,  kitablar notdur, müsahibə candır. 
      
  • Əlbəttə ağıl da daima deyil, keçib gedən müvəqqəti bir şeydir. Lakin mənim ağla nə üçün meyl göstərdiyimi siz artıq bilirsiniz. Həyat insana qüssə verən bir tələdir. Mütəfəkkir bir adam yaşa dolub kamala çatdıqda özünü ixtiyarsız olaraq çıxılmaz bir tələdə hiss edir. Doğrudan da, o öz iradəsinə zidd olaraq, hər hansı bir təsadüf nəticəsində heçlikdən həyata keçirilmişdir. Nə üçün?  Mütəfəkkir adam öz həyatının mənasını və məqsədini bilmək istəyəndə ona demirlər, ya da sarsaq şeylər söyləyirlər. O qapını döyür, ama açan olmur; ölüm də onun iradəsinə zidd olaraq onu yaxalayır.                                                                                                                                                                                                                              
  • Həbsxana və dəlixanalar olmayacaq, siz buyurduğunuz kimi, həqiqət qalib gələcək, lakin şeylərin mahiyyəti dəyişməyəcək, təbiət  qanunları olduğu kimi qalacaqdır. Adamlar indiki kimi xəstələnəcək, qocalacaq və öləcəklər. Həyatımızı nə qədər gözəl bir şəfəq işıqlandırsa da, yenə axırda sizi tabuta qoyub torpağa basdıracaqlar.                                                                                            
  • Həyatı dərk etməyə çalışan azad və dərin təfəkkür və dünyanın mənasız qayğılarına tam bir həqarətlə baxmaq insan bu iki nemətdən ən yüksək bir şey görməmişdir.                                                                                        
  • İlıq və rahat kabinetlə bu palata arasında heç bir fərq yoxdur. İnsanın rahatlığı və firavanlığı onun xaricində deyil,daxilindədir.                                                                                                                                                                                  
  •  Mark Avreli deyib ki, “ağrı-ağrı haqqında canlı bir təsəvvürdür. Bu təsəvvürü dəyişmək üçün iradəni güc ver, onu kənara at, şikayət eləmə- ağrı öz-özünə yox olar. İvan Dmitriç üz-gözünü turşudub dedi:  – Dərk  etmək.. Xarici, daxili.. Bağışlayın mən bunları başa düşmürəm. Mən ancaq onu bilirəm ki, Allah məni isti qandan və əsəblərdən ibarət olaraq yaratmışdır.  Üzvü toxuma isə, yaşamaq qabiliyyətinə malik olduqda, hər bir qıcıqlanmadan hərəkətə gəlməlidir. Mən özüm də hərəkətə gəlirəm! Ağrıya-çığırtı ilə və gözyaşı tökməklə, alçaqlığa-qəzəblə, rəzilliyə-nifrətlə cavab verirəm. Məncə bunun özü elə həyat deməkdir.  Orqanizm nə qədər alçaq olursa, o qədər az həssas olur və qıcıqlanmaya daha zəif cavab verir: əksinə orqanizm nə qədər yüksək olursa, o qədər də həssas olur və həyata, mühitə qarşı münasibətini daha qəti göstərir. İztiraba nifrət edirsiniz, amma barmağınız qapı arasında qalsa elə bağırarsınız ki, boğazınız yırtılar!                                                                                                                                                                                                   
  • Təəssüf olsun şəhərlilər öz həyat energiyasını, öz qəlbini və ağlını  kart oynamağa və dedi-qoduya sərf edirlər, vaxtlarını maraqlı söhbətlə və mütaliə ilə keçirtməyi bacarmır, ağlın verdiyi zövqdən istifadə etmək istəmirlər. Yalnız ağıl maraqlı və gözəldir, qalan nə varsa xırda, əhəmiyyətsiz və alçaq şeylərdir.              
  • Tənhalıq olmadan həqiqi səadət mümkün deyil, iblis yəqin başqa mələklərin bilmədiyi təkliyi arzuladığı üçün Allaha xəyanət etmişdir.                                                                                                                                  

 

Yorum bırakın