ATONEMENT

Bu günlər də baxdığım filmlərdən biri  “Atonement” filmidir. Filmin rejissoru JoeWright olmuşdur.

 

Film  Ian McEwan‘nın eyniadlı romanı əsasında çəkilmişdir. 2002-ci ildə bu əsər “Time” Jurnalı tərəfindən  “İlin Ən Yaxşı Romanı” seçilmişdir.

2007-ci ildə Venedik Film Festivalı‘nın açılış filmi olmuşdur. Film 7 nominasiyada “Qızıl Qlobus“a namizəd göstərilmiş “Ən Yaxşı Musiqi” və “Ən Yaxşı Film-Drama” kateqoriyalarında mükafat almışdır. Həmçinin 14 nominasiyada BAFTA’ya, 7 nominasiyada Oskara namizəd göstərilmişdir.

 

İllər əvvəl edilən bir səhvin bu günlərə qədər gətirdiyi bədbəxt hadisələr və peşmançılıq. Elədiyi səhvi illər sonra ödəyən gənc bir qız. Uşaqlıqda qarşılaşdığı hadisəni fərqli şəkildə anlayan və bununla da, bir neçə insanın eləcə də bacısının həyatını bilməyərək məhv edən bir qız. İllər keçdikcə daha da ağırlaşır bu hadisə. Vicdan əzabını azaltmaq üçün isə uşaqlıqdan sevdiyi işi edir. Yazır..

Filmin musiqisi və aktyorlarına söz ola bilməz. Filmdəki Keira Knightley oynayırsa o filmə baxılmazmı?

b0d44-expiacion4

 

 

 

atonement-best-scene
Saoirse Ronan

atonement460atonement3shot

pokuta2
James McAvoy
900
Keira Knightley

ATONEMENT” üzerine 2 yorum

  1. Bu film şübhəsiz diqqətə layiqdir. Mənim üçün filmdə daha cox McAvoyun oyunu yadda qaldı. Daha deqiq desən “Filth” filmindən sonra onu dramatik rolda görmək çox qəribə idi.
    Qısaca film haqda, “atonement” sözü bağışlanma, etdiyin yalnışı ödəyəcək nə isə mənasındadır.
    Fikirləşdikcə, filmdə göstərilənləri izlədikcə…necə öz yaxınlarını gələcəklərindən məhrum edib, həyatlarını puç etdikdən sonra…birini müharibəyə digərini isə soyuq yalnızlığa düçar etdikdən sonra necə “bağışlanma” axtarmaq olar və əgər qalan ömrün boyu özün-özünü hec zaman bağışlamayacaqsansa?
    Yaxşı filmdi, lakin bir qədər dinamikadan məhrumdur.

    Liked by 1 kişi

    1. Çox düz vurğulamısız. Ama bir tərəfdən də, Briony 13 yaşı vardı. Uşaq ağlı ilə gördüklərini yanlış anlamışdı və buna görə də, həyatını bir ömür boyu peşman olaraq yaşadı. Məncə bu daha pisdi.

      Beğen

Yorum bırakın