Xalid Hüseyni-Çərpələng uçuran

Əfqan əsilli amerikalı yazıçı- Xalid Hüseyni 1965-ci ildə  Kabildə anadan olmuşdur. “Çərpələng uçuran” romanı  2003-cü ildə çapdan çıxmış ilk romanıdır.

Bu romanı 3 il əvvəl oxumuşdum. O qədər təsir etmişdi ki mənə. Əsərə eyni adlı film çəkilib. Məncə film kitab qədər təsirli olmayıb.thekiterunnerbyhudabi

Altından xətt çəkdiyim cümlələr: 

  • Əfqanıstanda uşaq var, uşaqlıq yoxdur.
  • Əgər bir gün dindarlar bu ölkəni ələ keçirsələr, vay bizim halımıza!
  • Bax, molla nə öyrədir öyrətsin, dünyada sadəcə bir günah var, bircə dənə. Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır. Sən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan.
  • Uşaqların qorxularına qalib gəlmə üsulu budur: yatmaq.
  • Baba ilə eyni evdə yaşayırdıq, amma fərqli dünyalarda. Çərpələnglər bu iki dünya arasında kağız incəliyindəki kəsişmə nöqtəsiydi.
  • Həyatdan aldığım dərs budur ki, keçmişin keçəriliyi, keçmişi gömmək barədə deyilənlər yalan imiş. Çünki keçmiş dişiylə-dırnağıyla yol tapıb üzə çıxır.
  • Bir neçə günün  macərası adamın bütün həyat yolunu dəyişə bilər.
  • Ağlından nələr keçdiyini çox vaxt hiss etmədiyim bir uşaq necə olur ki, məni açıq kitab kimi oxuyurdu?
  • Əgər orda Allah varsa, mən güman edirəm ki, onun diqqətinə mənim donuz əti yeməyim və viski içməyimdən daha çox layiq olan məsələlər var.
  • Çərpələng uçuran adam çərpələngi əlinə aldısa, heç kim bunu onun əlindən ala bilməzdi. Bu, qayda deyildi. Ənənə idi.
  • Mən yüzlərlə  adamın yanağından öpməli, heç tanımadığım adamları qucaqlayıb, gətirdiyi hədiyyələrə görə təşəkkür etməli olmuşdum. Suni təbəssümdən dartılan üzüm əməlli başlı ağrayırdı.
  • Adamlar bu gün ayaqqabılarını təmizlətdirdiklərinə birisinə ertəsi gün bacı deyə bilmirlər.
  • Yaralar sağalar, ləkələnən adlar əsla.
  • O qalağın içinə atmadığım yeganə hədiyyə Rəhim Xanın verdiyi dəri üzlüklü dəftərçə idi. Hədiyyələrdən qan qoxumayan yalnız o idi.
  • Nəyisə görüb itirmək, heç vaxt ona sahib olmamaqdan daha çətindir.
  • Qorxaqlıq, tədbirliliklə birgə gələndə yanlış bir şey deyil.
  • Amma, məncə , Sürəyyanın keçmişinə məhəl qoymamağımın əsas səbəbi öz keçmişimin təmiz olmaması idi. Mən peşmançılığın nə olduğunu hər kəsdən yaxşı bilirdim.
  • Mina da partlamaq. Buna artıq əfqan ölümü deyirlər, Əmircan.
  • Vicdansız, pis adamlar əzab çəkmirlər.
  • Kədər içində idim. Kabilə qayıtmağım bir köhnə dostunun ziyarətinə gəlib, onun gününün pis keçdiyini , evsiz –  eşiksiz qaldığını, qocalıb əldən düşdüyünü görmək kimi idi.
  • Yaxşı olmaq üçün imkan var.
  • Bu, qaranlıq bir yerdə qaranlıq bir örtüyün altında gizlənən birisinin sükutu idi.
  • Elə əsl tövbə də, günahın yaxşılığa aparıb çıxardığı yoldadır.
  • Bu sadəcə bir təbəssüm idi başqa heçnə. Amma mənə bu da qənimətdir. Qollarımı açıb qəbul edirəm. Çünki yaz gələndə qar dənəcikləri bir-bir əriyir. Ola bilsin ki, indi də mən ilk qar dənəciyinin əridiyini görürdüm.

Yorum bırakın